Sumqayıtda iyrənc MƏNZƏRƏ - Çörəyin içindən BİT ÇIXDI

Hazırda oxunan: Sumqayıtda iyrənc MƏNZƏRƏ - Çörəyin içindən BİT ÇIXDI

154764

Sumqayıtda çörəyin içindən bit çıxıb.  

Bizim.Media xəbər verir ki, bu barədə görüntünü sosial şəbəkələrdə bloger Saleh Nəsirov paylaşıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Ələkdən keçirilməyən undan hazırlanan çörəyin QORXUNC FƏSADLARI


Məlumatı blogerlə bölüşən şəxsin sözlərinə görə, işdə onlara verilən zavod çörəyinin içindən ikinci dəfədir ki, böcək çıxır. O, unun ələnmədiyini ehtimal edib.

Şəxs harada çalışdığını açıqlamasa da, bütün Sumqayıtın zavod çörəyindən istifadə etdiyini vurğulayıb.  

Qeyd edək ki, buna bənzər mənzərə iyulun 10-da da baş verib. Sumqayıt sakinləri iddia edirlər ki, son günlər müxtəlif marketlərdən aldıqları, “Sumqayıt Çörək” zavodunda istehsal olunan çörəklərin içində ölü böcəklər tapılır. 
Sözügedən zavodla hələki əlaqə yarada bilmədik... 

Mövzunu diqqətdə saxlayacağıq. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin