Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor müavini vəzifəsindən azad edilib.
Tibb müəssisəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, bu ilin fevral ayında direktorun inzibati məsələlər üzrə müavini təyin olunan Ruslan Əliyevin müqaviləsinə xitam verilib.
Bildirilib ki, hələlik onun yerinə təyinat olmayıb.
Məlumat üçün bildirək ki, R.Əliyev 7 ay bundan qabaq Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri, Nizami rayon şöbəsində Pensiya sektorunun müdiri vəzifəsindən azad edilərək bu vəzifəyə təyin olunmuşdu.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:20 / 11.09.2023
Gəncədə xəstəxananın vəzifəli şəxsi işdən ÇIXARILDI
Hazırda oxunan: Gəncədə xəstəxananın vəzifəli şəxsi işdən ÇIXARILDI
Hazırda oxunan: Gəncədə xəstəxananın vəzifəli şəxsi işdən ÇIXARILDI
154610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.