Natiq Cəfərlidən Hafiz Hacıyevə REAKSİYA: “Özünə hörmət etməyən adamlara cavab vermirik”

Hazırda oxunan: Natiq Cəfərlidən Hafiz Hacıyevə REAKSİYA: “Özünə hörmət etməyən adamlara cavab vermirik”

154609

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ReAL partiyasının tənqid edib. 

O, ReAL-ın satqınlıqla məşğul olduğunu deyib: 

“Açığını deyim ki, ReAl-ın 3-4 nəfərdən başqa üzvü yoxdur. Bu partiya cığallıq, satqınlıqla məşğul olan bir partiyadır. ReAl-ın sədri həbsdən çıxandan sonra dövləti şərləyərək 160 min manat pul alandan sonra səsini kəsdi. Daha sonra cığallıqla ReAl-a parlamentdə deputat mandatı verildi, qazanmadı. Yadınızdadırsa, ReAl-ın deputatı Erkin Qədirli Avropa Şurasında ermənilərə müsahibə verərək dedi ki, mən özüm də parlamentə seçilməmişəm. Bu, Azərbaycan dövlətinə bir zərbə idi”. 

H.Hacıyev hesab edir ki, həmin dövrdə Erkin Qədirlini geri çağırıb ona deməliydilər ki, əgər belədirsə, mandatını qoy və çıx, get:

“Bütün bu məsələləri götür-qoy edəndə gördük ki, ReAl artıq müəyyən satqınlıq və dövlətin əleyhinə əks-təbliğatla məşğuldur. Biz bu tendensiyaları nəzərə aldıq və düşünürdük ki, heç olmasa, bundan sonra dərs çıxarar və partiya ətrafında müəyyən adamlar toplayarlar. ReAl 2-3 nəfərdən ibarət olan partiyadır, topladığı imzaların çoxu da düz çıxmır”.

Bizim.Media-ya açıqlamasında REAL-ın icra katibi Natiq Cəfərlinin MMP sədrinin tənqidinə cavabı qısa oldu:
 

MÖVZU İLƏ BAĞLI:

Qüdrət Həsənquliyevin partiyası QEYDİYYATA ALINDI  


“Özünə hörmət etməyən adamlara cavab vermirik. Biz yalnız ciddi mövzularla bağlı sualları cavablandırırıq”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin