Xaçmazda ər arvadını hansı sözə görə öldürüb? - TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Xaçmazda ər arvadını hansı sözə görə öldürüb? - TƏFƏRRÜAT - FOTO

154503

Sentyabrın 8-də   Xaçmazın Yeni Həyat qəsəbəsində  baş verən qətlin bəzi təfərrüatı məlum oıub. 

Bizim.Media xəbər verir ki, 43 yaşlı qəsəbə sakini Aynurə Turabova 41 yaşlı Şahin Turabov tərəfindən qısqanclıq zəminində qətlə yetirilib. Hadisə zamanı arvadının boğazını kəsən ər onu öldürdükdən sonra özünə də bıçaqla xəsarət yetirib.

Hazırda o, Xaçmaz rayon xəstəxanasında istintaqın nəzarəti altənda müalicə olunur.

Hadisənin necə baş verməsinə gəlincə isə ŞahinTurabovun anası Rəsmiyyə Turabova jurnalistlərə müsahibəsində qətlin onlara qonaq gələn bir kişinin dediyi sözə görə olduğunu deyib:

"Həmin adam gəlib bizə Şahinlə yeyib içib. O, qəfildən arvadını göstərib Şahinə deyib ki, ona barmaq qoysan, məndən incimə. Bundan sonra Şahinlə arvadı Aynurə arasında mübahisə düşüb və nəticəsi belə olub".
Hadisənin motivlərini Xaçmaz rayon prokurorluğu araşdırır. Sağalandan sonra istintaqa tam açıqlama verəcək Şahin Turabovun əməllərinə istintaq zamanı tam hüquqi qiymət veriləcək.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin