Novruz bayramı ilə bağlı koronavirusa qarşı aparılan vaksinləmə prossesinin dayandırıldığı ilə bağlı sosial şəbəkələrdə fikirlər dolaşır.
Paylaşımlarda qeyd olunur ki, bunu nəzərə alaraq hələ 15-20 gün qabaqdan peyvəndin birinci dozunun vurulması saxlanılmışdı ki, ikinci doz məcburiyyəti bayram günlərinə düşməsin.
Hətta bunun vaksinlərin qurtarması ilə əlaqələndirənlər də vardı.
MÖVZU İLƏ BAĞLI:
“Peyvəndlərin hamısı yeni ştammlara təsir etmək imkanına malikdir” – TƏBİB rəsmisi
Məsələni dəqiqləşdirmək üçün TƏBİB-ə sorğu ünvanladıq. TƏBİB isə dedi ki, bu bizim kompitensiyamıza aid deyil. Peyvəndləmə məsələsinə İcbari Tibbi Sığorta Agentliyi, Səhiyyə Nazirliyi baxır.
İcbari Tibbi Sığorta Agentliyindən isə bildirdilər ki, vaksinləməni müəssisələr özləri aparır, əgər onlar bayram günlərinə çağırış ediblərsə, peyvəndləmə aparılır, buna bizim qarışacağımız yoxdur.
Səhiyyə Nazirliyindən isə sorğumuza cavab verməyə bir kimsə tapılmadı, yazılı ünvanladığımız suallar da cavabsız qaldı.
Xatırladaq ki, bu günə qədər bu haqda hər hansı rəsmi məlumat verilməyib.
Operativ Qərargahın son brifinqində isə elan edilmişdi ki, ölkədə mart ayının 22-dən başlayaraq 40 yaş üzərində peyvəndləməyə başlanılacaq.
Peyvənd prossesinin aparıldığı bir neçə məntəqədə də zənglərimizə cavab verən tapılmadı.
Xatırladaq ki, son günlər virusa yoluxma halları sürətlə artıb. Ötən gün bu rəqəm 1187 olub.
Bizim.Media