AQTA və MEDİA jurnalistlər üçün təlim keçirdi – FOTO  

Hazırda oxunan: AQTA və MEDİA jurnalistlər üçün təlim keçirdi – FOTO  

154379

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təlim keçirilib.

“Qida zəncirinin əsas mərhələlərindən biri olan qida məhsullarının daşınması xidmətinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu” mövzusunda təşkil olunan təlimdə 30-a yaxın jurnalist iştirak edib.

Bizim.Media-nın əməkdaşının da iştirak etdiyi təlim, AQTA-nın fəaliyyətə başladığı dövrdən etibarən qida zəncirinin bütün mərhələləri üzrə əsas istiqamət kimi apardığı maarifləndirmə xəttinin davamı olaraq, növbəti təlim qida məhsullarının daşınması və çatdırılması xidmətlərinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu barədə jurnalistlərin peşəkarlığının, bu sahədə biliklərinin artırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədi ilə baş tutub. 

Açılışda çıxış edən AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qida sahəsində dövlət tənzimlənməsi və nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması, maarifləndirmə işi əsas strateji xətt kimi seçilib: 

“Qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi istehlakçıların həyat və sağlamlığı baxımından olduqca vacibdir. Məhz bu nöqteyi-nəzərdən qida zəncirinin əsas mərhələlərindən biri kimi mühüm əhəmiyyət kəsb edən qida məhsullarının daşınması ilə bağlı Agentlik tərəfindən MEDİA ilə birgə həyata keçirilən təlim ictimai nəzarətin təmin edilməsi, media nümayəndələrinin peşəkar bilik və bacarıqlarının artırılması baxımından öz töhfəsini verəcəkdir.

MEDİA-nın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli media nümayəndələrinin peşəkarlığının yüksəldilməsi və müvafiq sahədə mütəxəssislərin hazırlanması üzrə peşəkar və sahəvi jurnalistika təlimlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Təlimlərin jurnalistlərin inkişafı üçün səmərəliliyinə toxunan N.Məmmədli AQTA tərəfindən növbəti belə tədbirin təşkil edilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov isə “Qida zəncirinin mühüm mərhələlərindən biri olan qida məhsullarının daşınması və çatdırılması zamanı əməl edilməsi vacib qaydalar, qanunvericilik və Agentlik tərəfindən həyata keçirilən tənzimləmə işləri” barədə məlumat verib.

Daha sonra çıxış edən natiqlər “Qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, qeydiyyatın əhəmiyyəti və sahibkarlar üçün yaratdığı imkanlar”,“Daşınma və çatdırılma zamanı aşkarlanan uyğunsuzluqlar və Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri”, “Qida məhsullarının daşınması sahəsində fəaliyyətin qanunvericiliyə uyğun tənzimlənməsində ictimai nəzarətin rolu” mövzusunda təqdimatlar ediblər.

Həmçinin mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.  
Sonda təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub. 








Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin