Fidan Əliyeva erməni kəşfiyyatçıları ilə necə əlaqə saxlayıb? - FOTO 

Hazırda oxunan: Fidan Əliyeva erməni kəşfiyyatçıları ilə necə əlaqə saxlayıb? - FOTO 

154236

Bakı Ağır Cinayətlər Məhkəməsində 20 yaşlı Fidan Əliyevanın cinayət işinin istintaqı davam etdirilir. 

Bizim.Media “haqqın.az”a istinadən xəbər verir ki, Əliyeva Ermənistanın xeyrinə casusluqda ittiham olunur.  

Onun Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı ilə əlaqə saxladığı iddia edilir. Qız dövlətə xəyanətdə ittiham olunur. 

Bir neçə ay əvvəl Fidan Əliyeva Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Məlum olub ki, 2022-ci il dekabrın 12-də Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başlayan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında qız da olub. 

İddia olunur ki, Əliyeva Telegram messencerində tanış olduğu Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşına məlumat, o cümlədən foto və videolar göndərib. 
Təqsirləndirilən şəxs özü də bunu inkar etmir, lakin həmsöhbətinin erməni olduğunu bilmədiyini və onun milliyyətcə rus olduğunu düşündüyünü iddia edir. A.Əliyevanın sözlərinə görə, o, bu şəxslə casusluq məqsədilə yox, yalnız şəxsi məqsədlər üçün əlaqə saxlayıb. Qız etiraf edib ki, həmsöhbəti əslində ondan müxtəlif foto və videolar göndərməsini istəyib.

Bununla belə, o, həmin materialların nə üçün lazım olduğunu bilmirdi. 

Əliyeva Laçın yolundakı ekoaskiyada iştirak edən fəalların foto və videolarını niyə çəkdiyi ilə bağlı sualları cavablandırmayıb. 

Faktla bağlı məhkəmə istintaqı davam etdirilir. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin