“Erməni əsilli futbolçuların səmimi peşmançılığı nəzərə alınıb” – Baş Prokuroluq  

Hazırda oxunan: “Erməni əsilli futbolçuların səmimi peşmançılığı nəzərə alınıb” – Baş Prokuroluq  

154227

Bayrağımızı təhqir edən 3 erməni əsilli futbolçu barəsində cinayət işinə xitam verilməsi Azərbaycan dövlətinin humanist mövqeyinin nümunədir. 

Bizim.Media xəbər verir ki, bunu Baş Prokurorluğun “instaqram” sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. 

“Onların ilk cinayətlərini törətdikləri və səmimi peşmançılığı nəzərə alınıb. Onların əməllərində qanunsuzluq qalmışdı. Onlar etdikləri cinayətləri internet resurslarına yaymışdılar.

Həmin şəxslər internetdə qadağa olunmuş məlumatı yerləşdirilmişdilər. Sırf bu səbəbdən inzibati qaydada 10 gün müddətinə həbs tənbeh cəzası verilib”, Nemət Əvəzov bildirib. 

Qeyd edək ki, 3 erməni futbolçunun 10 günlük inzibati həbs müddəti ötən gün başa çatıb və onlar Ermənistan tərəfə təhvil verilib.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin