BİZİM TƏQVİM: 8 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 8 sentyabrda baş vermiş tarixi hadisələr

154125

8 sentyabr 1998-ci ildə Bakıda tarixi İpək Yolunun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA (Avropa-Asiya nəqliyyat dəhlizi) layihəsi üzrə beynəlxalq konfrans keçirilib.

32 ölkənin (o cümlədən 9 ölkə başçısı), 12 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında müqavilə imzalanıb.

Bəs, sentyabrın 8-də dünyada daha nələr baş verib?

1. 8 sentyabr 70-ci ildə İmperator Titin rəhbərliyindəki Roma ordusu Qüdsü talan edib.

2. 1380-ci ilin 8 sentyabr tarixindә Rusiya Monqol ordusunu Kulikovada mәğlub edib.

3. 1504-cü ilin 8 sentyabr tarixindә İntibah dövrünün şah әsәrlәrindәn Mikelanjın 5 metr 17 santimetr uzunluğundakı ‘‘Davud’’ heykәli Florensiyada ucaldılıb.

4. 1529-cu ilin 8 sentyabr tarixindә Osmanlı İmperiyasının Sultanı Qanuni Süleyman Budapeşti fәth edib.

5. 1862-ci ilin bu günündə Osmanlı ilə Avropa dövlətləri arasında İstanbul protokolu imzalanıb.

6. 1900-cü ilin 8 sentyabr tarixindә ABŞ-ın Texas ştatının Qalveston şәhәrindә tüğyan edәn qasırğa nәticәsindә 8 min adam ölüb.

7. 1934-cü ilin 8 sentyabr tarixindә ABŞ-ın Nyu-Cersi şatatı sahilindә sәrnişin gәmisindә baş verәn yanğın nәticәsindә 135 nәfәr hәlak olub.

8. 8 sentyabr 1941-ci ildə İkinci dünya müharibəsi gedişində Leninqradın blokadası başlanıb. Alman qoşunları 872 gün (1944-cü il yanvarın 27-dək) şəhəri blokadada saxlasalar da, ələ keçirə bilmədilər. Blokada başlananda şəhərdə 2,9 milyon nəfər vardı. Onlardan təxminən 800 mini aclıqdan və bombardmanlardan həlak olmuşdu.

9. 1966-cı ilin bu günündə UNESCO tərəfindən Beynəlxalq Savadlılıq Günü təsis edilib.

10. 8 sentyabr 1991-ci ildə Azərbaycanda ilk prezident seçkiləri keçirilib. Ölkədəki əksər siyasi qüvvələrin boykot etdiyi və alternativ namizədin olmadığı seçkilərdə Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibovun prezident seçildiyi elan edilib. Mütəllibov 1990-cı ilin mayında Ali Sovet tərəfindən prezident seçilmişdi.

11. 1991-ci ilin 8 sentyabr tarixindә Makedoniya müstәqilliyini elan edib. Ölkәnin adı 2019-cu ildә Şimali Makedoniya Respublikası olaraq dәyişdirilib.

12. 8 sentyabr 1992-ci ildə Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlər qurulub.

13. 2015-ci ilin 8 sentyabr tarixindә İğdırdakı Dilucu sәrhәd-keçid mәntәqәsindә işlәyәn polis әmәkdaşlarını daşıyan avtomobilә PKK terrorçuları tәrәfindәn hücum tәşkil edilib. Hücum nәticәsindә 15 polis әmәkdaşı şәhid olub.

 8 sentyabrda bu şəxsiyyətlər xatırlanır:

1. 8 sentyabr 1949–cu ildə görkəmli teatr xadimi, rejissor Hüseynağa Atakişiyev anadan olub (1949-2006). “Üzeyir ömrü” bədii televiziya filmində Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin obrazını yaradıb.

2. 8 sentyabr 1923-cü ildə görkəmli avar-sovet şairi, publisist və ictimai xadim Rəsul Həmzətovun dünyaya gəlib(1923-2003). O, Azərbaycana, onun xalqına, poeziyasına çox bağlı olub, bir çox şeirlərini Azərbaycana həsr edib. Rəsul Həmzətov Səməd Vurğunu “böyük ustad” adlandırırdı.

3. Azərbaycan xalçaçı-rəssamı, Xalq rəssamı Lətif Kərimov 8 sentyabr 1991-ci ildə vəfat edib

4. Azərbaycan kamança ifaçısı, Xalq artisti Habil Əliyev 8 sentyabr 2015-ci ildə dünyasını dəyişib.

5. Birləşmiş Krallıq və Dominyonların 12-ci Kraliçası II Elizabet 8 sentyabr 2022-ci ildə dünyadan köçüb.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin