Yenidən qurulan Füzuli şəhərinə köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.
Bizim.Media xəbər verir ki, açarları Qarabağ İqtisadi Rayonuna daxil olan İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov təqdim edib.
Qeyd edək ki, işğaldan azad olunan Füzuli rayonuna yola salınan daha 102 sakin bu gün doğma yurda çatıb. Onları Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və digər rəsmi şəxslər qarşılayıb.
Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
Xatırladaq ki, sentyabrın 7-də Füzuli şəhərinə köçürülənlər Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksində məskunlaşan ailələr olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı prosesi davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:08 / 07.09.2023
Füzuliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edildi
Hazırda oxunan: Füzuliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edildi
Hazırda oxunan: Füzuliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edildi
154077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.