Qeyri-sabit hava şəraiti sentyabrın 10-dək davam edəcək

Hazırda oxunan: Qeyri-sabit hava şəraiti sentyabrın 10-dək davam edəcək

154071

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 10-dək davam edəcək.

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ölkənin dağ çaylarında sel təhlükəsi qalmaqdadır:

"Bu müddət ərzində Balakən, Şəki, Oğuz, Dağlıq Şirvan, Quba, Qusar, Daşkəsən, Gədəbəy, Gəncə, Lənkəran, eyni zamanda Qarabağ, Şərqi Zəngəzur ərazisindən axan çaylarda sel gözlənilir. Əhaliyə müraciət edərək onları bu müddət ərzində ehtiyatlı olmağa səsləyirik. Çay yataqlarına yaxınlaşmasınlar. Çünki bu onların həyatına təhlükə yarada bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin