İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, indiyədək Kəlbəcər rayonunda 40 tikinti obyekti üzrə 400 hektar torpaq sahəsinin müvafiq sifarişçi qurumlara ayrılması təmin edilib.
Bizim.Media xəbər verir ki, bunu Şəhərsalma məsələləri üzrə işçi qrupunun Kəlbəcərdə keçirilən iclasında çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
"Bərpa olunan yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində Kəlbəcər şəhərində ümumi uzunluğu 27,08 kilometr olan yol-küçə şəbəkəsinin 18,87 kilometrlik hissəsi üzrə layihələndirilmə işləri davam edir və qısa müddətdə ekspertizaya təqdim ediləcək,” - deyə komitə sədrinin müavini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:48 / 07.09.2023
Kəlbəcər şəhərində küçələrin ümumi uzunluğu 27,08 kilometr olacaq
Hazırda oxunan: Kəlbəcər şəhərində küçələrin ümumi uzunluğu 27,08 kilometr olacaq
Hazırda oxunan: Kəlbəcər şəhərində küçələrin ümumi uzunluğu 27,08 kilometr olacaq
154054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.