İşğaldan azad edilmiş ərazilərimizə qayıdışın təmin olunduğu Tərtər rayonunun Talış kəndində həyat axarı ilə davam edir. 30 ildən sonra doğma yurdlarına qayıtmış sakinlər gündəlik qayğıları ilə məşğul olur, illərdir həsrətini çəkdikləri yurd yerində xoş həyat sürürlər.
Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, Talış kəndinin bərpasında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. Aparılan təmir-bərpa işlərinin birinci mərhələsində Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və meydan tikilib.
Kənddə 20 ev və 20 tövlə bərpa edilərək yenidən qurulub. Evlərin 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlıdır. Hər bir evin həyətyanı ərazisində əsaslı landşaft işləri yerinə yetirilib - dekorativ ağaclar, kollar, güllər əkilib, fərdi əkin sahələri yaradılıb. Hər bir ev üçün ümumi sahəsi 54 kvadratmetr olan fərdi təsərrüfat anbarı inşa edilib.
Həmçinin 10 qeyri-yaşayış və ictimai iaşə obyekti bərpa olunub və tamamilə yenidən tikilib. İnzibati bina və uşaq bağçası əsaslı təmir edilib, 78 şagird yerlik məktəb binası yenidən qurulub.Talış kəndinin görüntülərini təqdim edirik.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:50 / 07.09.2023
Yenidən qurulan Talış kəndi - FOTO
Hazırda oxunan: Yenidən qurulan Talış kəndi - FOTO
Hazırda oxunan: Yenidən qurulan Talış kəndi - FOTO
154041
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.