İnsanlar ilboyu qazandıqları ən gözəl nemətlərini bayram axşamı günü süfrəyə düzürlər. Bu hal tarix boyu yaşanıb.
Bu fikirləri Bizim.Media-ya folklorşünas Atəş Əhmədov söyləyib.
Bayram süfrəsinin zənginliyindən danışan folkorşünas əlavə edib ki, tarixboyu ilk çərşənbələrdə lobyalı plov bişirilərmişlər.
İkinci çərşənbədə isə südlü plov hazırlanarmış:
“Süfrənin əsas ana yeməyi hər zaman plov olub. Şəkərbura qoğal, paxlama, badambura kimi şirniyyatların bayram günü süfrəyə düzülməsi də əsas şərtdir”.
Atəş Əhmədov onu da vurğuladı ki, çay kənarında, su hövzələrinə yaxın yerlərdə yaşayan insanların süfrəsində balıq nemətləri də əsas götürülür. Bununda belə bir izahı var ki, bayram axşamı balıq bürcü öz yerini qoç bürcünə verir. Başqa bir rəvayəti də var ki, ilin dəyişilməsini balıqlar daha çox hiss edirlər. Deyilənə görə mart ayının 20-dən 21-nə keçən gün balıqlar suyun üzünə qalxırlar, sürü ilə gəzirlər”.
Bayram günlərində yaşıllığın çox olduğu regionlarda göyərti məhsulları süfrədə daha çox olur. Səbzəli yeməklər hazırlayan bölgələrimizin sayı az deyil:
“Lənkəranda tərə deyilən bitki var ki, onu müxtəlif göyərtilərlə qarışdırıb yemək hazırlayırlar. Və bu yemək sarımsaq qatıqla yeyilir.
Deyirlər ki, bayram günləri süfrədə sarımsaqlı qidalar niyə olsun? Sarımsaq, soğan, yeməyin işində həll olunubsa bunun heç bir zərəri yoxdur. Əsas odur ki, adı S hərfi ilə başlayan 7 ədəd məhsulun süfrəyə düzülsün, amma soğan və sarımsaqdan istifadə etmək olmaz.
Bəzən rəqəmin tamamlanması üçün bunu edirlər. Lakin düzgün deyil, kim edirsə bir də etməsin. Çünki, bayram süfrəsi şirinlik sevir.
Naxçıvanda bayram axşamı süfrəyə “7 ləvin (löyün-cür)” - yəni çərəzlərin düzülməsi kimi bir adət var. Bütün hallarda bayram süfrəsi bölgələrə görə dəyişilsə də əsas yemək hər zaman plov hesab olunur”.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:10 / 20.03.2021
Yaz girən anda balıqlar suyun üzünə çıxır – Bayram süfrəsində nə olmalıdır?
Hazırda oxunan: Yaz girən anda balıqlar suyun üzünə çıxır – Bayram süfrəsində nə olmalıdır?
Hazırda oxunan: Yaz girən anda balıqlar suyun üzünə çıxır – Bayram süfrəsində nə olmalıdır?
15402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.