Kəlbəcər və Laçında tullantılar üçün poliqonlar yaradılır

Hazırda oxunan: Kəlbəcər və Laçında tullantılar üçün poliqonlar yaradılır

153973

Kəlbəcər və Laçın rayonlarının inzibati ərazilərində "təhlükəsiz bərk tullantılar poliqonları"nın layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC-nin məlumatında bildirilib. 

Məlumata görə, hər iki rayonda yerləşən poliqon 10 hektar ərazini əhatə edəcək və tutumu 50 min kubmetr olacaq. Hər iki poliqonun yerləşdiyi ərazidə mühəndis geoloji və hidroloji axtarış işləri aparılacaq. 

Xatırladaq ki, 2022-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub. 
Proqrama əsasən, Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonları üzrə 9 poliqon ərazisi müəyyən edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin