“2023-cü ilin sentyabr ayı üçün müəllimlərin orta aylıq əməkhaqqının məbləği 830 manat təşkil edib”.
Bizim.Media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
“Bu il Qarabağda 780 şagird təhsil alacaq” – Emin Əmrullayev
"Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqlarına əlavələr olunacaq və bu da orta aylıq əmək haqlarının artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu", - deyə nazir əlavə edib.
Alçina Amilqızı, Bizim.Media