Sabah Füzuli şəhərinə növbəti köç baş tutacaq.
Bizim.Media xəbər verir ki, keçmiş məcburi köçkünlərin daha bir qrupu sentyabrın 7-də doğma Füzuli şəhərinə qayıdacaq.
Qeyd edək ki, Füzuli sakinlərinin doğma şəhərinə qayıdışına bu il avqustun 18-də başlanılıb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən binalarda yaşayırlar.
İndiyədək 70 ailənin (247 nəfər) Füzuli şəhərinə qayıdışı təmin edilib.
Birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:17 / 06.09.2023
Sabah Füzuli şəhərinə növbəti köç baş tutacaq
Hazırda oxunan: Sabah Füzuli şəhərinə növbəti köç baş tutacaq
Hazırda oxunan: Sabah Füzuli şəhərinə növbəti köç baş tutacaq
153881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.