Yeznəsini öldürməkdə ittiham edilən şəxsin cinayət işi məhkəməyə göndərilib 

Hazırda oxunan: Yeznəsini öldürməkdə ittiham edilən şəxsin cinayət işi məhkəməyə göndərilib 

153802

Yeznəsini öldürməkdə ittiham edilən Cavid Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən Cavid Həmidovun işi üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Vüqar Əhmədovun sədrliyi ilə araşdırılacaq. 

Qeyd edək ki, mayın 24-də Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. O, hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. 
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cavid Həmidov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin