Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Gürcüstan Respublikasına səfər edən Azərbaycan Respublikasının vətəndaşları barədə tətbiq edilmiş inzibati cərimələrin ölkəmizdə elektron xidmətlər vasitəsilə ödənilməsi qaydaları ilə bağlı məlumat yayıb.
BDYPİ-dən Bizim.Media-ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinə istinadən bildirir ki, həmin ölkəyə səfər etmiş vətəndaşlarımız barədə Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin Patrul Polis Departamenti tərəfindən tətbiq edilmiş inzibati cərimələrin elektron xidmətlər vasitəsilə ödənilməsi mümkündür.
Bu məqsədlə, Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet saytı olan //videos.police.ge/, eləcə də real vaxt rejimində (onlayn) ödəmə imkanı verən //police.ge/protocol/index.php veb səhifələrdə identikləşdirmə üçün müvafiq rekvizitlər daxil etməklə şəxs barəsində yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq olunmuş inzibati tənbeh tədbirləri haqda məlumatlar əldə edə və inzibati cərimələr üzrə ödəmələr aparıla bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:40 / 05.09.2023
DYP Gürcüstana səfər edən vətəndaşlara MÜRACİƏT ETDİ
Hazırda oxunan: DYP Gürcüstana səfər edən vətəndaşlara MÜRACİƏT ETDİ
Hazırda oxunan: DYP Gürcüstana səfər edən vətəndaşlara MÜRACİƏT ETDİ
153800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.