Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti ilə görüş keçirib.
ANAMA-dan Bizim.Media-ya bildiriblər ki, Samir Poladov ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, həmin problemin insan həyatına qarşı törətdiyi ciddi təhdid, ərazilərin bərpa və yenidənqurulması işlərinə yaratdığı maneələr, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyət barədə qarşı tərəfə məlumat verib.
Nümayəndə heyəti, Gəncə şəhərinə səfərləri zamanı Vətən müharibəsi dövründə düşmənin raket hücumlarına məruz qalmış yaşayış ərazisinə baş çəkdiklərini, gördüklərindən dəhşətə gəldiklərini ifadə ediblər.
Habelə, səfər çərçivəsində Ağdam və Füzuli rayonlarında dini, mədəni və tarixi abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması, əsasən mülki təyinatlı ərazilərin minalarla ciddi şəkildə çirkləndirilməsinin şahidi olduqlarını bildiriblər.
Həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində əldə etdikləri faktlara dair müvafiq hesabat hazırlayaraq, beynəlxalq ictimaiyyətə təqdim edilməsi niyyətində olduqlarını vurğulayıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:32 / 05.09.2023
İƏT işğaldan azad olunmuş ərazilərdə əldə etdikləri faktlara dair hesabat hazırlayacaq
Hazırda oxunan: İƏT işğaldan azad olunmuş ərazilərdə əldə etdikləri faktlara dair hesabat hazırlayacaq
Hazırda oxunan: İƏT işğaldan azad olunmuş ərazilərdə əldə etdikləri faktlara dair hesabat hazırlayacaq
153799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.