Ağdamın Baş Qərvənd kəndində Slovakiya tərəfindən “Ağıllı kənd” layihəsi həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 5-də Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Slovakiya parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Slovakiya nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə səfər edəcəyi məmnunluqla qeyd olunub və bunun həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağı bildirilib.
Bizim.Media