“ƏN TEZ” xidmətinin tətbiqi dairəsi genişləndirilir - FOTO 

Hazırda oxunan: “ƏN TEZ” xidmətinin tətbiqi dairəsi genişləndirilir - FOTO 

153789

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının asanlaşdırılması, bu məqsədlə rəqəmsal innovasiyaların tətbiqi Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq əhaliyə müxtəlif elektron və mobil ədliyyə xidmətləri göstərilir. 

Eyni zamanda, 3 saylı Bakı DOST mərkəzində və Heydər Əliyev Beynəlxalq Aeroportunda nazirliyin istifadəyə verilmiş növbəti innovativ – “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti vətəndaşlara, o cümlədən səyahət etmək istəyənlərə yerindəcə müraciət etməklə məsafədən zəruri ədliyyə xidmətlərinin göstərilməsi imkanı yaradılıb. 

Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Böyük vətəndaş məmnunluğu doğuran həmin innovativ xidmətə artan ictimai maraq nəzərə alınaraq nazirlik tərəfindən “ƏN TEZ”in tətbiqinin genişləndirilməsi davam etdirilir.

Bu gündən həmin xidmət platforması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzində istifadəyə verilib. 

Bildirilib ki, həmin innovasiya vasitəsilə vətəndaşlar heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla Ədliyyə Nazirliyinə müraciət edərək notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən yararlana bilərlər. 
Nazirlik tərəfindən “ƏN TEZ” xidmətinin paytaxtla yanaşı, respublikamızın digər bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, habelə “ASAN xidmət” mərkəzlərində və insanların daha çox müraciət etdikləri digər xidmət məkanlarında da istifadəyə verilməsi nəzərdə tutulur. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin