Son ad gününü Laçında qeyd edən ŞƏHİDİMİZ – Şair Heydərovla bağlı XATİRƏLƏR – FOTO/VİDEO 

Hazırda oxunan: Son ad gününü Laçında qeyd edən ŞƏHİDİMİZ – Şair Heydərovla bağlı XATİRƏLƏR – FOTO/VİDEO 

153703

"Keçən il hərbçi yoldaşları Şairə Laçında möhtəşəm bir ad günü keçirmişdilər. Şair dostlarının bu jestindən çox razı qalmışdı. 24 yaşının belə təntənə ilə keçirilməsindən sevinən Şair, ad günündən bir foto da göndərmişdi bizə. Nə biləydik ki, bu Şairin son doğum günü olacaq". 

Bu sözləri ötən gün 25 yaşı doğma kəndində onsuz qeyd edilən, Şair Heydərovun həyat yoldaşı Zöhrə Heydərova deyib. O, həyat yoldaşının ölümündən sonra doğulan qız övladına Şairin arzusu ilə Yeganə adını verdiklərini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Şəhidin ürək dağlayan FOTOLARI – Əmanəti Güllüzar nənə və körpəsi Yeganə bala


“Qızım qayınanamın adını daşıyır və həyat yoldaşımdan bizə qalan yeganə hədiyyəmizdir. Şair keçən il təlimə çağrılanda evdən bir samovar və bir gödəkçəsini götürüb getdi. Evdən çıxanda mənə dedi ki, “Laçın dağlarına kef çəkməyə gedirəm”. O, Qusardakı hərbi hissədə təllimdə idi. Mən övladımızın cinsiyyətini  öyrənmək üçün həkimə gəlmişdim. Şair də icazə alıb gəldi.


Biləndə ki, qızımız olacaq, dedi uşağa anamın adını – Yeganə qoyarsınız. Bu, son görüşümüz oldu. O, sentyabrın 13-də şəhid olanda hərbçi yoldaşları samovarı geri gətirdilər, amma özü gəlmədi".  

Qusarın Mucuq kənd sakini Camal Heydərov yeganə oğlu Şairlə son danışığının 2022-ci il sentyabr ayının 13-də olduğunu dedi: 

"Bir onu dedi ki, hər şey ola bilər, ailəm sənə əmanət, onlardan muğayat ol. Uşağa Yeganə adı qoyarsınız”.

Onun sözlərinə görə, həmin axşam Şairin şəhid olması xəbəri gəlib: 

"Biz onu sentyabrın 16-da kənd məzarlığında torpağa tapşırdıq"- deyə şəhid atası vurğulayıb.


Sentyabr şəhidi Şair Heydərovun anası Yeganə Heydərova xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirdi. Onun sözlərinə görə, Şair onun müalicəsini xüsusi nəzarətdə saxlayırdı.

Amma seçim qarşısında qalanda o Vətəni seçdi və Vətənin müdafiəsində öz canını qurban verdi. Ana oğlu ilə fəxr etdiyini dilə gətirərək cəmi şəhidlərimizə rəhmət diləyib. 

Qeyd edək ki, Şair Heydərov keçən il sentyabr ayının 13-də Ermənistanla sərhəddə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. 



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin