Kəramət Böyükçöllə Natiq Cəfərlidən bir-birilərinə AĞIR İTTİHAMLAR – Nə baş verir?

Hazırda oxunan: Kəramət Böyükçöllə Natiq Cəfərlidən bir-birilərinə AĞIR İTTİHAMLAR – Nə baş verir?

153702

Respublikaçı Alternativ Partiyasının (ReAL) icra katibi Natiq Cəfərli və yazıçı Kəramət Böyükçöl arasında mübahisə baş verib. Belə ki, tərəflər sosial şəbəkə üzərindən bir-birlərinin ünvanına qarşılıqlı ittihamlar yağdırmağa başlayıblar.

Mübahisənin yaranmasına səbəb isə Natiq Cəfərlinin yazdığı statusa Kəramət Böyükçöl tərəfindən yazılan rəy olub. 

Sözügedən statusda ReAL-ın icra katibi Çingiz Abdullayevin tənqid edilməsinə münasibət bildirib. O, Çingiz Abdullayevin 32 dildə 27 milyon nüsxə kitablarının çap olunduğunu qeyd edib. Davamında isə “Öz yazdığını özü satmağa çalışan yazar-çizərlər” fikirlərini işlətməklə Kəramət Böyükçölə işarə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Ona cavab verməyi özümə hörmətsizlik sayıram" - Kəramət Böyükçöl


Yazıçı isə siyasətçini həmin statusa yazdığı rəyi silməkdə ittiham edib:

“Natiq Cəfərli statusunda mənə ilişdi. Rəy yazıb cavab verdim. Rəyimə gələn bəyənmə sayı onun statusunu keçdi deyə dözməyib sildi. Adam özü də azad seçkidən danışır. Məhlədə balaca uşaqlar dalaşır, birinin o birisinə gücü çatmayanda gedib atasını çağırdığı kimi, Natiq də seçkidə uduzsa, gedib atasını çağıracaq”.

ReAL funksioneri Kəramət Böyükçölün də onun rəylərini sildiyini qeyd edib və silinən rəyini yenidən paylaşıb:

"Usta, telefonla da danışdıq, düşündüm ki, anladın, amma yox, çünki xəstəsən, kaş ki, elə içki xəstəsi kimi qalardın, indi like "narkomanı" olmusan, heyf səndən, özü də "doz" artıqca müqəddəs heç nə anlamırsan. Dostluqdan sildim, qanacaqsız adamlardan iyrənirəm, sən 500 like yığanda özünü böyük adam sayırsan, anlamırsan ki, bizim camaat "it oynadandır"”. 

Natiq Cəfərli yazıçının rəyini silməyinə səbəb kimi, onun ünvanına səsləndirilən təhqirləri əsas gətirib.

Kəramət Böyükçölün isə buna cavabı gecikməyib:

“Natiq Cəfərli guya Çingiz Abdullayevi müdafiə edir. Deyir, ermənilər Kim Kardaşyandan istifadə edir, biz də Çingiz Abdullayevdən istifadə etməliyik. Valla, mən Çingiz müəllimi belə aşağılamamışdım. Sadəcə Azərbaycan dilini öyrənməsini istəmişdim. Natiq Allah bilir İlqar Məmmədovdan da Kim Kardaşyan kimi istifadə edir”.

Yazıçı Natiq Cəfərlinin “layk xəstəsi” fikirlərinə də cavab verib:

“Söhbətə baxın da, indi də başlayıblar ki, Kəramət layk xəstəsidir. Hamı kimi mənim də bir profilim var, fikirlərimi yazıram. Elə də deyirlər ki, layka görə məndən yazır. Guya başqa şeydən yazanda layk eləmirlər, ona görə bundan yazıram. Neyləyim, heç nə paylaşmayım? Bəs harda yazım fikirlərimi? Ürəyimdə saxlayım?”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin