Kürdəmirdəki zəlzələ 100-dən çox fərdi evə ziyan VURUB

Hazırda oxunan: Kürdəmirdəki zəlzələ 100-dən çox fərdi evə ziyan VURUB

153597

“Sentyabrın 3-də axşam saatlarında Kürdəmirdə baş verən zəlzələ zamanı rayonda 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib”.

Bu sözləri Bizim.Media-nın Aran bürosuna Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının müavini, eləcə də Rayon Fövqəladə Hallar Komissiyasının sədri Ağəli Kərimli bildirib. 

O bildirib ki, hazırda FHN-nin nümayəndələri əraziyə cəlb olunub və Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirirlər. 

Qeyd edək ki, zəlzələ nəticəsində ən çox ziyan rayon mərkəzinə və rayonun Qarasaqqal, Qağacılı, Xırdapay və Ərəbxana kəndlərinə dəyib. Hazırda aidiyyəti qurumun əməkdaşlarının rayon ərazisində zəlzələdən ziyan çəkən evlərə müşahidələri davam edir və dəymiş ziyanın hesablanması və qiymətləndirilməsi işləri icra olunur. 

Ağəli Kərimli Bizim.Media-nın yerli bürosuna bildirib ki, rayon ərazisində fərdi evlərə dəyən ziyanın məbləği hesablandıqdan sonra ictimaiyyətə məlumat veriləcək. 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin