Sentyabrın 3-də günorta saatlarında Ucar rayonunun Qazyan kənd sakini Ə.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmkəndlisi və əmisi oğlu D.Abdullayev saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Ucarda əmioğlular arasındakı mübahisə qanla bitdi
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəmnində baş verib.
Fakla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
Bizim.Media