Kürdəmirdə zəlzələ dağıntı törədibmi? - Rəsmi açıqlama

Hazırda oxunan: Kürdəmirdə zəlzələ dağıntı törədibmi? - Rəsmi açıqlama

153488

Kürdəmirdə baş verən 5.2 maqnitudalı zəlzələ zamanı rayon Fövqəladə Hallar Komissiyasına bir neçə məlumat daxil olsa da, hələlik ciddi dağıntı və tələfatla bağlı müraciət qeydə alınmayıb.

Bizim.Media xəbər verir ki, bunu bunu AZƏRTAC-a açıqlamasında Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli bildirib.

O, qeyd edib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 20:38-də Kürdəmirdə 5,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Ağdam, Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin