Bakıda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir keçirilir.
Bizim.Media xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında, açıq məkanda təşkil edilib.
Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə keçirilən tədbirdə nazirlik rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri və paytaxt sakinləri iştirak edir.
Tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, seçilmiş tarixi abidələrin 3D maketləri nümayiş etdirilir.
Yekunda isə qala konsertin keçirilməsi nəzərdə tutulub.
Bizim.Media