Bu gecə Şəki şəhəri ərazisində güclü yağış və küləklə müşahidə olunan qasırğa fəsadlar yaradıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qasırğa daha çox şəhərin yeni yaşayış massivində 104-cü kvartalda müşahidə olunub. Belə ki, külək bəzi evlərin damını tamamilə dağıdaraq bir neçə yüz metr aralıya atıb.
Həmçinin sahibkarlıq obyektinin də damını külək uçuraraq Oğuz-Şəki yolunun əks istiramətinə atıb. Külək ərazidə elektrik dirəklərini də aşırıb.
Hazırda Şəki şəhər icra hakimiyyəti yanında FHK-nın əməkdaşları hadisə yerindədir. Araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu