Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini təmin edib.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Yanvar-fevral aylarında əhaliyə verilən sosial ödənişlərin məbləği açıqlandı
"Hələ mart ayının 5-16-sı aralığında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb.
Beləliklə, mart ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımlarının ödənişinin qrafikdən əvvəl olmaqla bayrama qədərki günlərdə həyata keçirilməsi təmin olunub", - deyə məlumatda qeyd olunub.
Bizim.Media