Heydər Əliyev Sarayının yanında eybəcər mənzərə - Fotosessiya

Hazırda oxunan: Heydər Əliyev Sarayının yanında eybəcər mənzərə - Fotosessiya

15322

Nəsimi Rayon İcra Hakimiyyəti martın 18-də ağacəkmə kampaniyası reallaşdırıb.

Bizim.Media xəbər verir ki, Nəsimi icra hakimiyyətinin əməkdaşları martın 18-də səhər saatlarında Heydər Əliyev Sarayının yanında, Şəmsi Bədəlbəyli küçəsində 10-dan çox ağac əkib.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu görüntü hamını heyrətləndirdi - VİDEO


Ağacəkmə üçün piyada səkisinin asfalt örtüyünü sökən icra nümayəndələri "qaş düzəltmək istəyərkən göz çıxardıblar". Belə ki, şəhərin ən baxımlı hissələrindən birinin yanındakı küçə səliqəsiz vəziyyətə düşüb. 

Qeyd edək ki, sözügedən küçədəki ağaclar əkiləndən sonra digər dağıntılar təmizlənməyib və qum kisələri "göz oxşayır".

Xatırladaq ki, 1 sutkadan çoxdur ki, Bakı sakinləri və şəhərimizin qonaqları bu eybəcər mənzərəyə tamaşa edir.

Həmin görüntüləri təqdim edirik.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin