Bakıya məktəbli geyimi almağa gələn növbəti AİLƏ FACİƏSİ – Rayonlarda forma SATILMIR? 

Hazırda oxunan: Bakıya məktəbli geyimi almağa gələn növbəti AİLƏ FACİƏSİ – Rayonlarda forma SATILMIR? 

153178

Xəbər verildiyi kimi Siyəzəndən Bakıya məktəb forması almaq üçün gələn ailə qəzaya düşüb. Belə ki, Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsində yaralananların sayı yeddiyə çatıb. İki nəfər - ata və uşağı isə dünyasını dəyişib. 

Bundan əvvəl isə avqustun 19-da Şəkidən Bakıya məktəbli fotması almağa gələn ailə qəzaya düşmüş, ata ilə üç övladı dünyasını dəyişmişdi. 

Məgər, rayonlarda məktəbli geyimi yoxdur?

Məsələ ilə bağlı Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov Bizim.Media-ya danışıb. O, bölgü ilə Bakı Tikiş Evinə düşən rayonların adlarını sadalayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Quba yolunda ağır qəzada ölən ata və oğlunun kimliyi BİLİNDİ – YENİLƏNİB - FOTO 


“Bizə düşən Yardımlı, Lerik, Astara, lənkəran, Masallı, Cəlilabad, Şirvan, Qax, Qəbələ və İsmayıllıdır. Biz məktəb fomalarını sadaladığım rayonların  satış mərkəzlərində satırıq”. 

Göründüyü kimi, Bakı Tikiş Evinin nə Siyəzəndə, nə də Şəkidə satış mərkəzləri var. Yəni satış mərkəzləri bütün regionları ehtiva etmir. Belə olduqda məcburiyyət qarşısında qalan valideynlər məktəbli foması almaq üçün ya qonşu rayona, ya da paytaxta üz tutmalı olurlar. 

Əlavə olaraq onu da bildirək ki, Azərbaycanda məktəbli forması istehsal edən – 5 fabrik fəaliyyət göstərir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin