“Yenidən sərtləşməyə gedə bilərik” - Prezidentin köməkçisi 

Hazırda oxunan: “Yenidən sərtləşməyə gedə bilərik” - Prezidentin köməkçisi 

15295

“Koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanalarda yüklülük artarsa, xüsusilə reanimasiya çarpayılarının çatışmazlığı baş verərsə, yenidən sərtləşməyə gedə bilərik. Pandemiya ilə mübarizədə bu ən effektiv üsuldur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,  Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə  deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Koronavirusla bağlı növbəti dalğalar gəlir” – Prezident köməkçisi


Onun sözlərinə görə karantin rejiminin sərtləşməsi hamımızdan asılıdır:

“Bunun sadə cavabı budur. Sərtləşməyə getməmək bizdən asılıdır. Bayramlar ərəfəsində vətəndaşlarımız mümkündürsə heç hara çıxmasın. Onları özlərini qorumağa çağırıram.

Əgər yoluxma sayı artsa, Operativ Qərargahın başqa yolu olmayacaq və sərtləşməyə gediləcək.

Hazırda xəstəxanalarımız 10 min çarpayı və 1500-1600 xəstənin müalicəsinə imkan verir. Hələki ciddi sərtləşməyə getmirik. Amma növbəti günlərdə sərt karantin rejiminin tətbiq olunacağı epidemioloji vəziyyətdən asılı olacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin