Bakıdan Xankəndiyə göndərilən unun köhnə olması barədə iddialara CAVAB - FOTO

Hazırda oxunan: Bakıdan Xankəndiyə göndərilən unun köhnə olması barədə iddialara CAVAB - FOTO

152926

Bakıdan Xankəndiyə göndərilən 40 ton un məmulatının köhnə və keyfiyyətsiz olması barədə erməni tərəfinin iddiaları əsassızdır. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Elşən Səlimzadə humanitar yükün gözlədiyi ərazidə xarici media qurumlarının əməkdaşlarına deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya sülhməramlıları Ağdam-Xankəndi yoluna tikanlı məftillər DÜZDÜ - VİDEO


O bildirib ki, hər birində 20 ton un olmaqla 2 yük maşınına yüklənmiş un 28 avqust 2023-cü ildə istehsal edilib. 

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. 

Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin