Güclü leysan yağışları Şəkinin iki kəndində fəsadlar yaradıb - VİDEO 

Hazırda oxunan: Güclü leysan yağışları Şəkinin iki kəndində fəsadlar yaradıb - VİDEO 

152853

Gün ərzində davam edən qeyri -sabit hava şəraiti axşam saatlaerında Şimal- Qərb bölgəsində güclü yağış və leysanla müşayət olunub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü leysan yağışları Oğuzla Şəkinin sərhəd kəndlərində daha çox biruzə verib.

Belə ki, Şəki rayonunun Cəyirli və Şəki kəndlərinə yaxın dağlıq ərazilərə güclü yağış yağması nəticəsində ərazidən keçən Əlicançayda suyun səviyyəsi qalxıb. Bu zaman çayın qollarının axdığı kanallarda daşqın əmələ gəlib və Şəki kəndinin bir küçəsini su basıb.  
Digər tərəfdən Əlicançayda sel-suların gətirdiyi ağac qırıntıları Yevlax-Balakən dəmir yol xəttinin üzərindəki suötürücülərin tutulması ilə nəticələnib. Və həmin yağış suları da Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb.  

Nəticədə sel sular kənd daxili yollara, həmçinin sakinlərinin həyatyanı sahəsinə və evlərə dolub. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədi ilə əraziyə yaxınlıqdakı Turan qəsəbə Dövlət Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.  

Yerli icra və bələdiyyə orqanları əməkdaşlarının da iştirakı ilə fəsadlar aradan qaldırılır.  

Qeyd edək ki, hazırda Şimal-Qərb bölgəsində yağış kəssə də, qeyri-sabit hava şəraiti davam edir.  
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin