Cəlilabadda yeni doğulmuş körpənin ölümü ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanası açıqlama verib.
Bizim.Media-nın Cənub bürosuna verilən açıqlamada deyilir ki, yeni doğulan körpə kafi vəziyyətdə evə yazılıb:
"Ağayeva Firuzə Əflatun qızı 22 avqust tarixində xəstəxanamıza daxil olub. Təbii doğuşla oğlan cinsli körpə dünyaya gətirib. Çəkisi 2,7 kq, boyu 48 sm olub. Xəstəxanada yatdığı vaxtı uşağın bütün həyatı göstəriciləri normal olub. Sonra ana özü uşağını evə yazarkən iltizamnaməyə qol çəkib. Normal və sağlam uşaqla evə yazılıblar. Daha sonra körpə yaxınları tərəfindən xəstəxanaya gətirilib. Lakin onun artıq öldüyü məlum olub".
Qeyd edək ki, Baş prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Cəlilabad rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi körpə avqustun 28-də yaşadığı evdə ölüb. Faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:58 / 29.08.2023
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından yeni doğulmuş körpənin ölümü ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından yeni doğulmuş körpənin ölümü ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından yeni doğulmuş körpənin ölümü ilə bağlı AÇIQLAMA
152833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.