“7 saatdan artıq televizor izləmək yaddaşı zəiflədir” – Nevropatoloq 

Hazırda oxunan: “7 saatdan artıq televizor izləmək yaddaşı zəiflədir” – Nevropatoloq 

152778

“Həddən artıq televizor izləmək yaddaşa mənfi təsir göstərir. Hər gün 7 saatdan artıq zamanını televizor qarşısında keçirən insanlar televizora daha az baxanlara nisbətən 50% daha çox yaddaş zəifliyinə məruz qalırlar”. 

Bunu Bizim.Media-ya açıqlamasında tanınmış həkim-nevropotoloq Qalib Əsədov bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusdan sonra yaddaşımızı niyə İTİRMİŞİK? – Mütəxəssisdən ÇIXIŞ YOLU 


Onun sözlərinə görə hazırda bir çox insan yaddaş zəifliyindən şikayət edir:

“Gərginlik, stress, informasiya çoxluğu, yuxusuzluq, düzgün olmayan qida və digər amillər yaddaşın zəifləməsinə gətirib çıxara bilər. Yaddaşın pozulması yaşlılarda daha çox rast gəlinsə də, son zamanlar gənclərin də bir çoxu bu problemdən əziyyət çəkir. Yaşlandıqca yaddaşın zəifləməsi normal sayıla bilər. Lakin, gənclərdə yaddaş zəifliyinin səbəbləri əsasən yuxarıda qeyd etdiyimiz amillərdir. 

Yaddaşın yaxşılaşdırılması üçün ilkin olaraq düzgün qidalanmağa, hər gün eyni saatda yatıb durmağa və fiziki işlə məşğul olmağa çalışmaq lazımdır. Qeyd etməliyik ki, bir çox qidalar yaddaşı möhkəmləndirmək bacarığına malikdir.

Bunların sırasında balıq əti, balıq kürüsü, yumurta, kakao, qoz və müxtəlif çərəzlər, lobya, meyvə-tərəvəz, süd və digərlərini misal göstərə bilərik. Səhər yeməkləri sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır. Səhər yeməyi zamanı şirin çay içmək orqanizm üçün çox faydalıdır. Bu, həm də yaddaşın möhkəmlənməsi üçün əvəzolunmaz vasitədir”. 
Həkim yaddaşın zəifləməsinin əsas səbəblərindən birinin damarlarda baş verən dəyişikliklərin olduğunu bildirib. 

O, deyib ki, idmana zaman ayırmaq, eyni zamanda bərkdən kitab oxumaq, şeir əzbərləmək, yalnız lazım olan informasiyanı beyində saxlamaq və tərkibində Kalsium, Fosfor, A, C, E, B vitaminləri olan qidaları qəbul etmək yaddaşın möhkəmlənməsinə yardımçı olur:

“Fiziki məşq zehni fəaliyyətə köməkçi olar. Davamlı olaraq oxumaq, yeni hobbilər əldə etmək, tapmaca həll etmək zehninizi gücləndirər. Kifayət qədər yatın. Gündə səkkiz saatlıq yuxu ilə beyninizin dincəlməsinə şərait yaradın”, -deyə nevropotoloq tövsiyə edib.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin