Xəbər verdiyimiz kimi az əvvəl paytaxtın Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzindən insanlar təcili təxliyyə olunub.
Bizim.Media-nın məlumatına görə, sözügedən ticarət mərkəzində problem qısa zamanda həll olunub.
İnsanlar yenidən ticarət mərkəzinə rahat formada daxil ola bilirlər.
Hadisənin hansı səbəbdən baş verməsi barədə hələlik rəsmi məlumat verilməyib.
*** 19:06
Paytaxtın Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzindən insanlar təcili təxliyyə olunur.
Bu barədə Bizim.Media-nın ərazidə olan əməkdaşı xəbər verir.
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı hələlik heç bir məlumat verilmir.
Bizim.Media