“Davam” Gənclər Hərəkatı və Heydər Əliyev Sarayı təcrübə proqramı elan edir.
“Davam” Gənclər Hərəkatı və Heydər Əliyev Sarayının birgə əməkdaşlığı nəticəsində təcrübə proqramına start verilib.
Bizim.Media-ya təşkilatdan verilən məlumata görə, proqramın əsas məqsədi müəyyən edilmiş sahələr üzrə təcrübəli kadrlar yetişdirmək və həmin kadrların işlə təmin olunmasına yardımçı olmaqdır.
Proqram 12 aprel başlayaraq 3 aylıq dövrü əhatə edəcək.
Təcrübə proqramı menecer, prodüser, montajçı, operator, işıq üzrə rəssam, dizayner, səs rejissoru, videoqraf, tərcüməçi, ingilis dili müəllimi, kompüter operatoru, referent, rabitə üzrə mühəndis istiqamətləri üzrə elan edilir.
Təcrübə müddəti başa çatdıqdan sonra yüksək nəticələr ilə işinin öhdəsindən gələn təcrübəçilərə təcrübə və ixtisasına uyğun olaraq Heydər Əliyev Sarayında daimi iş yeri təklif oluna bilər.
Proqrama qəbul prosesi 2 mərhələdən ibarətdir. Birinci mərhələdə CV-lərə əsasən seçilən namizədlər ikinci mərhələdə “Davam” Gənclər Hərəkatı və Heydər Əliyev Sarayının birgə təşkil etdiyi komissiya tərəfindən aparılan müsahibənin nəticələrinə əsasən proqrama qəbul olunacaqlar.
Qeydiyyat üçün 31 mart 2021-ci il tarixinə qədər [email protected] mail ünvanına mövzu hissəsinə “Təcrübəçi” qeyd olunmaqla öz CV formanızı göndərə bilərsiniz.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:08 / 19.03.2021
Yeni təcrübə proqramı başlayır - Yüksək nəticə göstərənlər işlə təmin ediləcək
Hazırda oxunan: Yeni təcrübə proqramı başlayır - Yüksək nəticə göstərənlər işlə təmin ediləcək
Hazırda oxunan: Yeni təcrübə proqramı başlayır - Yüksək nəticə göstərənlər işlə təmin ediləcək
15269
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.