Şəkinin Qumux kəndində şəhidlərin xatirə bulağı istifadəyə verilib.
Şəkinin Qumux kənd sakinləri şəhid həmkəndlilərinin xatirəsini yaşatmaq, gənc nəslə onları örnək olaraq təqdim etmək üçün bulaq abidə kompleksi tikərək elə adını da “Kənd sakinlərindən xatirə bulağı” adlandırıblar.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Qumux kəndində 1100 sakini yaşayır.
Kənd fəalı Cavid Cumayevin təşəbbüsü ilə sakinlər Qarabağda şəhid olmuş Milli Qəhrəman Cavanşir Rəhimov, tibb bacısı Aytən Abdullayeva, döyüşçü Bəhram Aslanov və kapitan Ceyhun Əhmədxanovun xatirəsinə bulaq abidə kompleksi inşa ediblər.
Xatirə bulağının açılışında çıxış edən şəhid ailələri, qazilər belə addımın atılmasının şəhid ailələrinə böyük təsəlli olmaqla, həm də gələcək nəslə şəhidlərin xatirəsinin uca tutulması üçün ən yaxşı tövsiyə olduğunu bildiriblər.
Tədbirdə bir daha şəhidlərin xatirəsi yad edilərək ruhlarına dualar oxunub, Qumux şəhidlərinin keçdiyi döyüş yolundan, Vətən sevgisindən söhbət açılıb.
Tədbirdə Qumux kənd tam orta məktəbin şagirdlərinin ifasında qəhrəmanlıq şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:47 / 28.08.2023
Şəkidə şəhidlərin xatirə bulağı istifadəyə VERİLDİ – FOTO
Hazırda oxunan: Şəkidə şəhidlərin xatirə bulağı istifadəyə VERİLDİ – FOTO
Hazırda oxunan: Şəkidə şəhidlərin xatirə bulağı istifadəyə VERİLDİ – FOTO
152629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.