Mülkiyyət sənədi olmayan evdən əmlak vergisi tələb edilməsi QANUNİDİRMİ? - VİDEO

Hazırda oxunan: Mülkiyyət sənədi olmayan evdən əmlak vergisi tələb edilməsi QANUNİDİRMİ? - VİDEO

152593

Ölkədə bəzi bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi olmayan fərdi evlərin sakinlərinə müraciət edərək onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər.

Bizim.Media xəbər verir ki, mövzuya əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə münasibət bildirib.

Onun sözlərinə görə, bu vəsaitlər əsasən bələdiyyə torpaqlarında yerləşən əmlaklar üçün tələb olunur.

Ekspert qeyd edib ki, əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir. Belə hallarla üzləşən vətəndaşlar yerli bələdiyyələrə müraciət edərək Vergi Məcəlləsinin müvafiq maddəsinə istinad edə bilərlər.
Sənədi olmayan həyətyanı sahələr üçün bələdiyyələr tərəfindən torpaq vergisinin toplanılmasına gəldikdə, qanunvericiliyə görə, fiziki şəxslərin və müəssisələrin Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.

Vətəndaşın evinin mülkiyyəti təsdiq edən sənədi olmaya bilər, amma həmin torpaq onun istifadəsindədirsə, torpaq vergisi ödənilməlidir.

Daha ətraflı videomaterialda:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin