Şeyx və deputat Lənkəranskinin 40 mərasiminə qatıldı

Hazırda oxunan: Şeyx və deputat Lənkəranskinin 40 mərasiminə qatıldı

152565
Bu gün Lənkəran şəhərində azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin 40 mərasimi keçirilir.

40 mərasimi Rövşən Lənkəranskinin ata evində təşkil olunub.

Mərasimlə əlaqədar isə mərhumun yaxınları və qohumları, həmçinin rayon camaatı Lənkəranın Kiçik Bazar qəbiristanlığında dəfn olunan Rövşən Lənkəranskinin məzarını da ziyarət ediblər.

Həmçinin, Rövşən Lənkəranskinin 40 mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisin deputatı Fəzail Ağamalı, rayon İcra Hakimiyyətinin rəsmiləri və digər şəxslər iştirak edir.

Xatırladaq ki, Rövşən Lənkəranski bu il avqustun 18-də gecə saatlarında Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.(Ölkə.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin