''Distant təhsildə zəif şagirdlər yüksək bal topladı'' - Günahkar valideyndir

Hazırda oxunan: ''Distant təhsildə zəif şagirdlər yüksək bal topladı'' - Günahkar valideyndir

15253

2020-2021-ci tədris ilinin I yarımili üzrə summativ qiymətləndirmə prosesinin keçirilməsi, statistik nəticəni götürəndə qənaətbəxşdir. Ən azı bizim şagirdlərin təhsil göstəricilərinin necə olması barədə müəyyən qənaətə gələ bildik. Təbii ki, burada neqativ və subyektiv hallar da var.

Bizim.Media-nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, qiymətləndirmə zamanı daha çox neqativ hallar evlərdə yaşanıb.

"Təəssüflər olsun ki, valideynlərin öz övladlarına kömək etmək istəkləri bu prosesin şəffaf keçirilməsinə bir qədər maneçilik törətdi.

Nəticədə bəzən zəif şagirdlər qiymətləndirmədə yüksək bal topladılar. Mən valideynlərə demək istərdim ki, siz öz övladınıza kömək edərək yüksək qiymət almasına şərait yaratmaqla əslində onu arxayınlaşdırırsınız, uşağın məktəb, müəllim qarşısında məsuliyyət hissini azaldırsınız, demək olar ki, yox edirsiniz. Nəticədə müəllimin şagirdə olan güvəni, etibarı itir",- deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin