Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib - FOTO 

Hazırda oxunan: Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib - FOTO 

152491

Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum uşaqlar üçün növbəti şənlik təşkil edilib. 

Bizim.Media xəbər verir ki, uşaqlara bəxş edilən sevinclə dolu gün ərzində DJ-lər, animatorların iştirakı ilə müxtəlif proqramlar, əyləncələr təqdim olunub. Uşaqlar müxtəlif rəqslər ifa edib, öz məharətlərini göstəriblər. 

Uşaq evlərinin sakinləri bu günün təəssüratını nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər edərək paylaşıblar.

Şənlik 1 saylı Uşaq Evinin 2 sakini – Əli Həmidov və Qənirə Zeynalova, 3 saylı Uşaq Evinin sakini Cihan İsimxanlının ad günlərinə təsadüf edib. Heydər Əliyev Fondunun təşkil etdiyi əyləncə bu gün həm ad gününü qeyd edən uşaqlar, həm də uşaq evlərinin digər sakinləri üçün yaddaqalan xatirəyə çevrilib. 

Şənliklə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən 1 nömrəli Uşaq Evində məskunlaşan Aysu Namazova bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə çox gözəl şənlik təşkil olunub. O, Heydər Əliyev Fondu tərəfindən uşaqlara göstərilən mütəmadi qayğıya görə təşəkkürü ifadə edib. 

Sonda gözəl gündən xatirə olaraq hər bir uşağa Fondun hədiyyələri təqdim olunub. 

Qeyd edək ki, Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların diqqətdə saxlanılması xüsusi yer tutur. Fond mütəmadi olaraq belə tədbirlər təşkil etməklə bu kateqoriyadan olan uşaqların hərtərəfli qayğı ilə əhatə edilməsinin vacibliyinə cəmiyyətin diqqətini bir daha yönəldir. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin