Güclü leysandan sonra yaranan sel Göyçayın iki kəndinin əhalisi üçün təhlükə yaradıb

Hazırda oxunan: Güclü leysandan sonra yaranan sel Göyçayın iki kəndinin əhalisi üçün təhlükə yaradıb

152484

Bu gün axşam saatlarında İsmayıllı rayonuna yağan güclü leysandan sonra əmələ gələn sel suları dağətəyi ərazidə yerləşən Göyçayın Qarabaqqal və Bığır kəndlərinin əhalisi üçün təhlükə yaradıb. 

Bizim.Media report-a istinadən xəbər verir ki, sel suları Qarabaqqal kəndi ərazisindəki zibil poliqonunu dağıdıb, ərazidəki tullantılar yaxınlıqdakı Qarabaqqal və Bığır kəndlərinin suvarma arxlarına tökülüb.  

Nəticədə arxın suyunu içən ev heyvanları üçün, eləcə də əkin sahələrini suvaran, bu sudan məişətdə istifadə edən insanların sağlamlığı üçün təhlükə yaranıb. 

Qeyd edək ki, Göyçay şəhərinin zibil və tullantıları Qarabaqqal kəndinin yuxarı hissəsinə, mal-qaranın dağlıq ərazidəki örüş sahəsinə tökülür. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin