Qubada yas mərasimi dayandırıldı - Hüzrə gələnlər cərimələndi

Hazırda oxunan: Qubada yas mərasimi dayandırıldı - Hüzrə gələnlər cərimələndi

15247

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Covid-19 pandemiyası ilə əlaqədar Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Mirzəməmmədkənd kəndi ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən ediblər.

Polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb.  

Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduqları mərasimi təşkil edən ev sahibi və mərasimdə iştirak edən 13 nəfər şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin