Naxçıvanda fəhlə tikinti zamanı ölüb

Hazırda oxunan: Naxçıvanda fəhlə tikinti zamanı ölüb

152459

Avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib. 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ordubad Rayon Prokurorluğundan məlumat verilib. 

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır. 

Hadisənin başvermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin