ANAMA yanında İctimai Şuranın tərkibi müəyyənləşib - FOTO 

Hazırda oxunan: ANAMA yanında İctimai Şuranın tərkibi müəyyənləşib - FOTO 

152456

Avqustun 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı təkrar səsvermə keçirilib. 

ANAMA-dan Bizim.Media-ya bildirilib ki, təkrar səsvermə zamanı qanunvericiliyə müvafiq olaraq tələb edilən səs çoxluğunu toplamış beş namizəd İctimai Şuranın üzvü seçilib.

Keçirilən hər iki səsvermənin nəticələrinə əsasən ANAMA yanında İctimai Şuranın yeddi nəfərdən ibarət tərkibi müəyyənləşdirilib. 

Namizədliyi irəli sürülmüş şəxslərin hər biri minatəmizləmə, minadan zərərçəkənlərə yardım, tədqiqat və maarifləndirmə, minadan zərərçəkənlərin hüquqlarının qorunması, mina qurbanlarının sosial reabilitasiyası sahəsində müvafiq təcrübəyə malikdirlər. 
ANAMA yanında İctimai Şuraya “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin direktoru Cəfərov Nadir Həbib oğlu, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin üzvü Əzimzadə Hafiz Səlim oğlu, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvü Həsənov Emil Möhtəbər oğlu, “Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Qasımov Rey Kərim oğlu, İRS-Heritage jurnalının baş redaktoru Mərcanlı Musa Fehruz oğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Mirzəyev Umud Rəhim oğlu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Səfixanov Hafiz Mərkəz oğlu üzv seçiliblər. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin