Bakıda koronavirus xəstələrinə baxan tibb işçilərinin maaşları ilə bağlı QƏRAR  

Hazırda oxunan: Bakıda koronavirus xəstələrinə baxan tibb işçilərinin maaşları ilə bağlı QƏRAR  

152446

Bakıda COVID-19-a yoluxmuş xəstələrə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadılıb. 

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına ödənilən əlavənin müddəti oktyabrın 2-dək uzadılıb. 

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərara əsasən, bu müddət 2023-ci il iyulun 1-dən ola dövrü əhatə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin