Azərbaycanda bu məhsulların istehsalı kəskin ARTIB

Hazırda oxunan: Azərbaycanda bu məhsulların istehsalı kəskin ARTIB

152422

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-iyul aylarında 130,9 milyon manatlıq məhsul istehsal olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfə artıb, elektrik avadanlıqlarının istehsalı isə 0,2 faiz azalıb. 

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 3,5 dəfə, ölçmə cihazlarının istehsalı 2,2 dəfə artmış, güc transformatorlarının istehsalı isə 6,9 faiz azalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin